DSX-da Münhen Təhlükəsizlik Konfransı ilə bağlı tədbir keçirilib

DSX-da Münhen Təhlükəsizlik Konfransı ilə bağlı tədbir keçirilib

Dövlət Sərhəd Xidmətində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirədə Azərbaycan dövlətçiliyinin növbəti diplomatik qələbəsinin təbliğ olunması ilə əlaqədar tədbirlər keçirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Tədbirlərdə çıxış edən millət vəkilləri, elm xadimləri, ictimaiyyət nümayəndələri tərəfindən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş canlı debatda dövlətçiliyin gücünü, nüfuzunu və qüdrətini beynəlxalq səviyyədə yüksəklərə qaldıran Prezident İlham Əliyevin qətiyyətli və məharətli çıxışı zamanı erməni faşizminin törətdiyi Xocalı soyqırımının məsuliyyətindən yayınmaq cəhdlərini ifşa edərək işğalçı dövlətin rəhbərini çıxılmaz və aciz duruma saldığı deyilib.

Bununla bərabər, səlahiyyətli beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan xalqımının fundamental haqlarının, dövlətin ərazi bütövlüyünün bərpa edilməsi üçün təzyiqləri artırmağa israrla tələb etməsinin hər bir sərhədçinin döyüş ruhunun və mübarizə əzminin daha da yüksəlməsinə səbəb olması qeyd edilib.

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı canlı debatın videoyazısı şəxsi heyətə nümayiş etdirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş