DSX-də doqquz ayın yekunları müzakirə olunub

Oktyabr ayının 23-də Dövlət Sərhəd Xidmətində cari ilin doqquz ayının xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev müşavirədə məruzə ilə çıxış edərək president İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində Azərbaycanın bütün strateji inkişaf hədəflərinə nail olmasını, sosial və infrastruktur layihələrin müvəffəqiyyətlə icra edilməsini, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsini qeyd edib.

Azərbaycan Sərhəd Mühafizəsi üçün 2015-ci ilin doqquz ayı sərhəd mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi üzrə Ali Baş Komandanın tapşırıqlarının, o cümlədən Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş digər vəzifələrin icrası, dövlət sərhədinin toxunulmazlığının və döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi ilə əlamətdar olması bildirilib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidməti komandanlığını növbəti ali hərbi rütbələrə layiq bilməsi, DSX əməkdaşlarını orden və medallarla, fəxri adlarla təltif etməsi, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan sərhəd gözətçi gəmilərilə tanış olması şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi və məsuliyyət hissi ilə qarşılanması xüsusi vurğulanıb.

Xidməti müşavirə zamanı dövlət başçısının DSX qarşısında qoyduğu tapşırıqlar və onlardan irəli gələn məsələlər müşavirə iştirakçılarına çatdırılıb. DSX-nin rəhbər vəzifəli şəxslərinin məruzələri dinlənilib, xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi, döyüş hazırlığının möhkəmləndirilməsi, şəxsi heyətinin vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi istiqamətində zəruri göstərişlər verilib.

d1 photo_20151023154152 d2

KATEQORIYA:
Bu xəbəri paylaş