DSX-də “Heydər Əliyev və Azərbaycan Sərhəd Mühafizəsi” mövzularında elmi-praktiki konfrans keçirilib

Dövlət Sərhəd Xidmətində (DSX) ulu öndər Heydər Əliyevin 95-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, bu tədbirlər çərçivəsində mayın 7-də DSX Aparatında “Heydər Əliyev və Azərbaycan Sərhəd Mühafizəsi” mövzularında elmi-praktiki konfrans keçirilib.

Dövlət himninin səslənməsi ilə başlanan rəsmi hissədə Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açılıb, həyat və fəaliyyətindən danışılmışılıb. Konfransda Millət vəkili, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsi sədrinin müavini Aydın Mirzəzadənin “Heydər Əliyev şəxsiyyəti Azərbaycan dövlətçiliyinin parlaq simvoludur” mövzusunda məruzəsi dinlənilib.

Konfrans iştirakçılarına Azərbaycan Sərhəd Mühafizəsinin inkişafına Heydər Əliyevin ali diqqət və qayğısını əks etdirən “Heydər Əliyev və Azərbaycan Sərhəd Mühafizəsi” mövzusu şərh edilib və ulu öndərin sərhədçilərlə görüşləri zamanı sərhəd təhlükəsizliyinin gücləndirilməsinə dair tapşırıq və tövsiyələri interaktiv təqdimat formasında nümayiş etdirilib.

Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən tədbirdə böyük dövlət xadiminin müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafındakı misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb. Ulu öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə yerinə yetirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək Azərbaycanın sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsi qürur hissi ilə vurğulanıb.

İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların Heydər Əliyevin əmanət qoyub getdiyi ideyalarının təntənəsi olduğu xüsusi qeyd edilib. Tədbirdə ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş