DSX: Dövlət sərhədində Ermənistan tərəfinin təxribatları davam edir

DSX: Dövlət sərhədində Ermənistan tərəfinin təxribatları davam edir

Martın 13-də 11:45 radələrindən başlamaqla Qazax rayo­nunun Abbasbəyli kəndində yaşayış evləri və mülki nəqliyyat vasitələri Ermənistanın İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan intensiv atəşə tutulub.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrinin nəzarəti altındadır.

KATEQORIYA:
Bu xəbəri paylaş