DSX əməkdaşları axtarışda olan şəxsi tutublar

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən axtarışda olan və digər ölkə ərazisində gizlənmək məqsədi ilə dövlət sərhədini keçməyə cəhd edən şəxs saxlanılıb.

Bu barədə “AzeriDefence”yə Xidmətin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, əvvəllər məhkum olunmuş Azərbaycan vətəndaşı 19.06.1973-cü il təvəllüdlü Rzayev Ədalət Zakir oğlu Ağstafa rayonunun Sadıxlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Gürcüstana keçməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.

Aparılmış ilkin araşdırma nəticəsində Rzayev Ədalət barəsində DİN Gədəbəy rayon polis şöbəsi tərəfindən AR CM-nin 185.2 maddəsi ilə (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qaçırma) cinayət işi başlanıldığı və bu səbəbdən onun ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərməsi müəyyənləşdirilib.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş