DSX: Ermənistan Ordusu Qazax rayonu istiqamətində atəşkəsi pozub

DSX: Ermənistan Ordusu Qazax rayonu istiqamətində atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəs rejimini pozmaqda davam edir.

Bu barədə “AzeriDefence”ə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

27 mart tarixində 12:00 radələrindən başlamaqla Qazax ra­yo­nu istiqamətində DSX Sərhəd Qoşunlarının sərhəd döyüş məntə­qələri və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyem­beryan rayonu­nun Boqanis kəndi yaxın­lığında yerləşən  Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı si­lah­­lardan və snayper tüfəng­lərindən intensiv atəşə tutul­ub.

Düşmən təxribatının qarşısı alınıb. Sərhəd döyüş məntəqə­ləri­nə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş və snayper möv­qeləri cavab atəşi ilə susdurulub.

KATEQORIYA:
Bu xəbəri paylaş