DSX: Ermənistanın dövlət sərhədində yeni döyüş mövqeyi əldə etməsi barədə məlumat yalandır

DSX: Ermənistanın dövlət sərhədində yeni döyüş mövqeyi əldə etməsi barədə məlumat yalandır

Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) Ermənistan Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan “Hay Zinvor” qəzetinin internet saytında Ermənistan Silahlı Qüvvələrinin Ermənistanın şimal-şərqində Azərbaycan Respublikası ilə dövlət sərhədində yeni döyüş mövqeyinin yaradılması barədə yayımlanan məlumata münasibət bildirib.

“Azeri Defence”nin məlumatına görə, DSX-nin mətbuat mərkəzinin yaydığı açıqlamada məlumatın həqiqəti əks etdirmədiyi bildirilib.

“Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədindən keçən təmas xəttində, Azərbaycan və Ermənistan döyüş mövqeləri arasında Ermənistan tərəfinin öz mövqelərini irəli çəkməklə hər hansı yeni döyüş mövqeyi əldə etməsi barədə məlumat həqiqətə tam ziddir. Əksinə, Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş mövqelərinin irəli çəkilməsi nəticəsində düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdudlaşdırılıb”, – deyə DSX bəyan edib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş