DSX əsgəri silahla davranış qaydalarının pozulması nəticəsində vəfat edib

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edib.

Xidmətin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, DSX-nın Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonu ərazisindəki sərhəd zastavasında sərhəd xidmətində olarkən 2014-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan əsgər Yusifov Elnur Şövkət oğlu 16 dekabr 2015-ci il tarixdə saat 15:45 radələrində silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində ona təhkim olunmuş avtomat silahdan açılan təsadüfi atəş nəticəsində vəfat edib.

Fakt üzrə Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokuror­luğu tərəfindən birgə araşdırma aparılır.

KATEQORIYA:
Bu xəbəri paylaş