DSX-FHN rəhbərliyi sərhəddə karantin şəraitində saxlanılan vətəndaşlarla görüşüblər

DSX-FHN rəhbərliyi sərhəddə karantin şəraitində saxlanılan vətəndaşlarla görüşüblər

Martın 29-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Fövqəladə Hallar Naziri general-polkovnik Kamaləddin Heydərov Rusiyadan avtomobil yolu ilə ölkəyə gələrək zəruri sanitar-karantin tədbirlərinə cəlb olunmuş vətəndaşlarla görüşmək məqsədilə həmin ərazidə olublar.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Hazırda karantin şəraitində saxlanılan vətəndaşlarla görüş zamanı Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında geniş məlimat verilib, əhalinin sağlamlığının qorunması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tələblərinə ciddi riayət edilməsinin vacibliyi izah olunub.

Vətəndaşların karantində qalma şəraitlərinə və qidalanma vəziyyətinə baxış keçirilib, üzləşdikləri problemlərlə maraqlanılıb, xahiş və müraciətləri dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə öz həllini tapması üçün tədbirlər görülüb. Karantin şəraitində yerləşdiriləcək şəxslər üçün əlavə ayrılan yerlər və oradakı şərait öyrənilib, vətəndaşların və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qorunması üçün görülən işlər nəzərdən keçirilib, zəruri göstərişlər verilib.

Dövlət sərhədindən buraxılış məntəqə­sin­də rejim təd­bir­­­ləri­nin təşkili və­ziy­yəti, ölkəyə gələn şəxslərin karantin ərazisinə təx­liyə edilməsi məsələləri nəzərdən keçirilib, birgə fəaliyyə­tin yük­sək səviyyədə təşkil olunması qeyd edilib və bu istiqamətdə ai­diy­yəti dövlət or­qan­larının əməkdaşlığının daha da təkmilləş­diril­məsi üzrə müvafiq tapşırıqlar ve­ril­­ib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş