DSX: Generalların sərəncama göndərilməsi barədə məlumat yalandır
Dövlət Sərhəd Xidmətinin (DSX) general-mayor rütbəli 4 zabitinin sərəncama göndərilməsi xəbəri yalandır.
Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətindən bildilib.
Bu gün bəzi internet saytlarında DSX-də yoxlamaların aparılması və nəticədə general-mayor rütbəli 4 zabitin sərəncama göndərilməsi barədə məsələyə aydınlıq gətirən DSX bu informasiyaları cəfəngiyyat adlandırıb və təkzib edib.
“Bunlar kiminsə təxəyyülünün məhsuludur. DSX -də generallardan kim isə sərəncama göndərilməyib. Adı çəkilən zabitlərin hamısı xidmətini davam etdirir. Onların barəsində yayılan məlumatlar yalandır”.
KATEQORIYA: Müdafiə