DSX hərbi qulluqçusu yanan evdə köməksiz vəziyyətdə qalan sakini xilas edib

DSX hərbi qulluqçusu yanan evdə köməksiz vəziyyətdə qalan sakini xilas edib

Neftçala rayonunun Bankə qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirib.

DSX-nin mətbuat xidmətindən “AzeriDefence”ə verilən məlumata görə, aprelin 14-də yanğın baş verən ərazinin yaxınlığında müvəqqəti yaşayan DSX-nin Sahil Mühafizəsinin hərbi qulluqçusu kiçik gizir Əliyev Vasif Asif oğlu yanğını görən kimi dərhal hadisə yerinə hərəkət edib.

FHN-in Yanğınsöndürmə komandası yanğının genişlənməsinin və digər evlərə keçməsinin qarşısını alarkən, həyatı üçün təhlükəyə baxmayaraq fədakarlıq göstərərək yanan evə daxil olan sərhədçi köməksiz vəziyyətdə qalan qəsəbə sakini 1987-ci il təvəllüdlü Seyfullayev Famil Fədail oğlunu xilas edib.

Xilasetmə prosesində tüstüdən zəhərlənərək xəsarət almış kiçik gizir V.Əliyev təcili yardım maşını ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti yaxşıdır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş