DSX hospitalının rəisi Beynəlxalq Hərbi Həkimlər Forumunun prezidenti seçilib

Dövlət Sərhəd Xidməti hərbi hospitalının rəisi, tibb elmləri üzrə fəlsəfə doktoru tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə BeynəlxalqHərbi Həkimlər Forumunun prezidenti seçilib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib .

K. Yusifzadə Dünya Beynəlxalq Cərrahlar Cəmiyyətinin Tailandda keçirilmiş 46-cı konqresində Ambroise Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun 2017-2019-cu illər ərzində prezidenti seçilmişdir. Sərhədçi cərrahın bu uğuru ölkəmizdə hərbi cərrahiyyənin inkişafına müsbət təsir edəcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş