DSX hərbi hospitalı daha bir ilkə imza atdı – FOTO

İyulun 23-də Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında “Olymrus 190”eksera aparatı vasitəsi ilə, 3D texnologiyası əsasında xüsusi eynək və alətlərdən istifadə etməklə regionda ilk dəfə sterotoksik laparoskopik əməliyyat – öd kisəsinin çıxarılması həyata keçirilib.Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Əməliyyat uğurla həyata keçirilib.

“3D texnologiyasının hərbi hospitalda tətbiqi Azərbaycanın dünyanın qabaqcıl dövlətlərinin səhiyyə müəssisələri ilə uğurlu əməkdaşlığının nəticəsidir. Dövlət Sərhəd Xidmətinin hərbi hospitalı qabaqcıl və ən müasir texnologiyaların tətbiqi istiqamətində öz fəaliyyətini davam etdirmək əzmindədir”, – deyə DSX-dən bildirilib.

Qurumdan bildirilib ki, DSX-nin hərbi hospitalı qabaqcıl təcrübənin və tibb elminin yeniliklərinin, yeni texnologiyaların tətbiqi sahəsində Azərbaycanın müalicə müəssisələri arasında xüsusi yer tutur. Hərbi hospitalda sərhədçilərin və onların ailə üzvlərinin yüksək səviyyədə müalicə olunması üçün bütün imkanlar yaradılıb. Tibbi təchizatın yüksək səviyyədə olmasının və müasir tibbi avadanlıqların alınmasının xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsində, bəzi tibbi əməliyyatlar ölkəmizdə ilk dəfə məhz bu müalicə müəssisəsində aparılır. Respublikada ilk dəfə olaraq 2008-ci ilin iyun ayında laparoliftinq üsulu ilə laparoskopik xolesistektomiya əməliyyatı, 2013- cü ilin yanvar ayında isə tək kəsikdən laparoskopik öd kisəsinin çıxarılması əmliyyatı icra olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş