DSX ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əlaqələr müzakirə olunub

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Beynəlxalq Miqrasiya Təşkilatının Baş Direktoru Uilyam Svinqi qəbul edib.Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

General-polkovnik Elçin Quliyev Azərbaycan sərhəd mühafizəsi sisteminin təşkili, Dövlət Sərhəd Xidmətinin təyinatı və tapşırıqları, əməliyyat şəraiti və mövcud təhdidlər barədə məlumat verib. Azərbaycanın sərhəd mühafizəsinin gücləndirilməsi, dövlət sərhədindən buraxılış məntəqələrinin texniki imkanlarının yaxşılaşdırılması, Dövlət Sərhəd Xidmətinin təlim-tədris imkanlarının təkmilləşdirilməsində Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə əməkdaşlıqda həyata keçirilən fəaliyyətlərin əhəmiyyəti xüsusi qeyd edilib.

Görüşdə dünyada və regionda baş verən hadisələrin miqrasiya proseslərinə və sərhəd təhlükəsizliyinə təsiri, yeni çağırışlar və cavab tədbirləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

BMqT-nin Baş Direktoru Azərbaycanın təhlükəsizlik sistemində Dövlət Sərhəd Xidmətinin önəmli yeri və rolu, ölkə sərhədlərinin etibarlı mühafizəsi üzrə həyata keçirilən tədbirləri, o cümlədən cari ilin iyun ayında Bakıda keçirilmiş I Avropa Oyunları zamanı DSX-nın fəaliyyətini yüksək qiymətləndirmiş, miqrasiya məsələləri üzrə cavabdeh qurumlarla birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Tərəflər Azərbaycan RespublikasınınDövlət Sərhəd Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əlaqələrin vəziyyətini yüksək qiymətləndirib və birgə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş