DSX: “Keşikçidağ”da dövlət sərhədində təxribat törədiləcəyi barədə məlumatlar əldə olunub

DSX: “Keşikçidağ”da dövlət sərhədində təxribat törədiləcəyi barədə məlumatlar əldə olunub

İyun ayının 4-də Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup Gürcüstan vətəndaşı tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə olunub.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən “Azeri Defence”yə verilən məlumata görə, əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.

“Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq. Bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar”, – deyə DSX bəyan edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş