DSX “Keşikçidağ”da vəziyyətlə bağlı məlumat yayıb

DSX “Keşikçidağ”da vəziyyətlə bağlı məlumat yayıb

Dövlət Sərhəd Xidməti (DSX) “Keşikçidağ”da vəziyyətlə bağlı məlumat yayıb.

DSX-nin mətbuat mərkəzindən “AzeriDefence”ə verilən məlumata görə, “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində Gürcüstan Respublikasının bir qrup vətəndaşı tərəfindən 4 iyun 2020-ci il tarixində dövlət sərhədinin pozulmasına yönələn təxribat xarakterli hərəkətlərin planlanlaşdırıldığına dair məlumatlar əldə olunub. DSX-nin Gürcüstan Sərhəd Mühafizəsi ilə qarşılıqlı həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb.

“Bir daha bildiririk ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hər bir zaman dövlət sərhədlərinin qətiyyətlə keşiyində dayanıb”,- deyə DSX bəyan edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş