DSX əməkdaşları Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər

Bu gün Sərhəd Qoşunlarının yaranması günüdür.

“AzeriDefence”nin məlumatına görə, Sərhəd Qoşunlarının yaradılmasının 93-cü ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti avqustun 18-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar.

Sərhədçilər görkəmli oftalmoloq alim Zərifə Əliyevanın da məzarı üstünə də tər çiçəklər düzüblər.

Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş cəsur vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, şəhid sərhədçilərin, o cümlədən milli qəhrəman Eldar Məmmədovun məzarı ziyarət edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş