DSX əməkdaşları tərəfindən dənizdə köməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəzarət məntəqəsinə mühərrikində yaranmış nasazlıq səbəbindən Xəzər dənizində köməksiz qalmış balıqçı qayığı barədə məlumat daxil olub.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Dənizçi sərhədçilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Astara rayonunun Şahağacı kənd sakinləri Dadaşov Feyruz Dadaş oğlu, Süleymanzadə Şəhriyar Əlövsət oğlu və Dadaşov Emin Rafiq oğlu xilas edilərək nasaz qayıqla birlikdə sahilə çıxarıliblər.

DSX-dən bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tipli radioelektron və naviqasiya cihazları, qəza-xilasetmə və digər avadanlıqlar quraşdırılan sərhəd gözətçi gəmiləri və katerləri ilə təmin edilməsi, dəniz sərhədçilərimizə Xəzər dənizinin Azərbaycana mənsub bölməsində bioloji resursların, enerji ehtiyatlarının, sualtı neft-qaz ixrac boru kəmər­lə­rinin qorunması, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, qaçaq­mal­çılığa və brokonyerliyə qarşı mübarizə üzrə vəzifələrini layiqincə yerinə yetirməyə imkan verir.

Dəfələrlə dənizdə mürəkkəb axtarış–xilasetmə əməliyyatlarını uğurla həyata keçirən sərhədçilər istənilən şəraitdə yüksək peşəkarlıq nümunəsi göstərməyə, qarşıya qoyulmuş vəzifələri tam yerinə yetirməyə qadir olduqlarını əyani şəkildə sübut ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş