DSX məzunlarının buraxılışı olub – FOTO

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının məzunlarının buraxılışı olub. “AzeriDefence”nin xəbərinə görə, əvvəlcə gənc leytenantlar «Sərhədçi andı» qəbul ediblər. Daha sonra məzunlara diplomlar təqdim olunub.Tədbirdə çıxış edən DSX Akademiyasının rəisi, general-mayor Araz Məmmədov məzunları və onların valideynlərini təbrik edib. Akademiya rəisi qeyd edib ki, artıq Akademiya ikinci məzun buraxılışını keçirir. Məktəbdə sərhədçi zabitlərin hazırlanması üçün ən müasir tədris prosesi qurulub. Bu gün leytenant rütbəsi almış iki məzun Akademiyanı fərqlənmə ilə bitirib.

Məzunları təbrik edən DSX rəisi, genral-leytenant Elçin Quliyev bildirib ki, 2007-ci ildə Azərbaycan prezidentinin DSX Akademiyasının yaradılması ilə bağlı imzaladığı sərəncam Azərbaycan sərhəd mühafizəsinin təkmilləşdirilməsində mühüm rol oynayıb. DSX şəxsi heyəti milli dövlətçiliyimizin mühafizəsi və inkişafına öz töhvəsini verir.

E. Quliyev bildirib ki, bir neçə həftə əvvəl – iyunun 26-da DSX şəxsi heyətinin də iştirakı ilə Bakıda keçirilən hərbi parad Azərbaycan dövlətinin iqtisadi imkanlarını və hərbi gücünü göstərdi.

General E. Quliyev qeyd edib ki, cari il ərzində Azərbaycanın sərhəd mühafizəsində 6 yeni hərbi hissə xidməti döyüş fəaliyyətinə başlayacaq: “Ttikinti quruculuq işləri ilə yanaşı sərhəd mühafizəsində müasir silahlar, avadanlıqlar, uçuş və üzmə vasitələri tətbiq edilir. DSX-ya həvalə edilmiş digər xüsusi tapşırıqların icrası üzrə fəaliyyətlər davam etdirilir. Bu gün əsas hədəfimiz Azərbaycan sərhədlərinin tam mühafizə altına götürülməsi, əsas məqsədimiz işğal altında olan dövlət sərhədlərinin azad edilməsidir”.

Tədbirdən sonra DSX rəisi E. Quliyev məzunlar və onların valideynləri ilə görüşüb.

Sonra gənc zabitlər Fəxri Xiyabanda sabiq prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş