DSX-nin əsgəri şəhid olub

DSX-nin əsgəri şəhid olub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Azeri Defence”yə verilən məlumata görə, martın 5-də saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

“Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun qətlə yetirilməsi cinayətinin məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Baş vermiş hadisə ilə əlaqədar zəruri tədbirlər görülür”, -deyə DSX bəyan edib.

KATEQORIYA:
Bu xəbəri paylaş