DSX-nin gənc əsgərlərinun andiçmə mərasimi keçirilib

Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən “AzəriDefence”yə verilən məlumata görə, mərasimdə DSX -nın rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılıb.

Tədbirdə çıxış edən DSX rəisinin müavini general-leytenant Azad Ələkbərov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Azərbaycanın sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasından danışıb və Vətən sərhədlərin şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliyini bildirib.

Mərasimdə çıxış edən valideynlər gənc əsgərləri təbrik edərək onlara Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi  ilə başa çatıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş