DSX-nin mühəndis-istehkam bölmələri tərəfindən İran ilə dövlət sərhədi minalardan təmizlənilir

DSX-nin mühəndis-istehkam bölmələri tərəfindən İran ilə dövlət sərhədi minalardan təmizlənilir

Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış Qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildikdən, o cümlədən Azərbaycanın İran ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun bərpa edilməsi tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin İran ilə dövlət sərhəd xətti boyu minaladığı ərazilər DSX-nin mühəndis-istehkam bölmələri tərəfindən hazırda minalardan təmizlənilir.

Son günlər ərzində Cəbrayıl rayonunun Həsənli kəndi yaxınlığında 80 ədəd tank əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş