DSX-nin Qubadlıdakı poliqonunda təlim atışları keçirilib – FOTOLAR

DSX-nin Qubadlıdakı poliqonunda təlim atışları keçirilib – FOTOLAR

Aprelin 6-da Dövlət Sərhəd Xidmətinin (DSX) Qubadlı rayonunda istifadəyə verilən hərbi hissəsinin təlim mərkəzinin atış poliqonunda zirehli texnikalardan, atıcı silahlardan, minaatan və zenit qurğularından təlim atışları yerinə yetirilib.

Bu barədə “Poliqon” Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinə istinadən məlumat verib.

Geniş imkanlara malik olan təlim mərkəzi müxtəlif cür atıcı silahlardan, minaatan qurğularından, zirehli texnikalardan atışların keçirilməsinə və atışların nəticələrinin qiymətləndirilməsinə, bölmələrin döyüş hazırlığının yüksəldilməsinə və Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin mövcud olan silah və döyüş texnikasından istifadə etmə bacarıqlarının yüksəldilməsinə şərait yaradır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş