DSX-nin rəhbər heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

DSX-nin rəhbər heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Bu barədə “Azeri Defence”ə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Müasir dövlətçiliyimizin və ən yeni tariximizin qurucusu olan Ulu Öndər Heydər Əliyevin əziz və unudulmaz xatirəsinə bəslənilən dərin ehtiram və hörmətin ifadəsi olaraq onun ruhu qarşısında baş əyilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Dövlət Sərhəd Xidmətinin ali zabit heyəti Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə güllər düzüblər.

Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrində və hərbi hissələrində Dahi Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş