DSX: Oktyabr ayında Azərbaycanın dövlət sərhədini pozan 39 nəfər saxlanılıb

Oktyabr ayında Azərbaycanın dövlət sərhədini pozduqlarına görə 39 nəfər saxlanılıb.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Saxlanılanların 16 nəfəri Azərbaycan, 8 nəfəri Özbəkistan, 6 nəfəri Tacikistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Pakistan, 1 nəfəri Rusiya, 1 nəfəri Moldova, 1 nəfəri Qırğızıstan, 1 nəfəri Şri-Lanka, 1 nəfəri Hindistan vətəndaşları olub.

Sərhəd rejim pozucusu qismində 17 halda 38 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Dövlət sərhədindən keçid məntəqələrində rejim qaydalarını pozduqlarına görə 2168 nəfər, o cümlədən ölkədən çıxışı qadağan olunduğuna görə 1158, ölkəyə girişi qadağan olunduğuna görə 117, vizası olmadığına görə 302, vizasının və pasportunun müddəti bitdiyinə görə 152, müvafiq sənədi olmadığına görə 95, ölkədə müddətdən artıq qaldığına görə 161, etibarnaməsi olmadığına görə 183 nəfər dövlət sərhədindən buraxılmayıb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 478 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 1 kq 758,88 qram narkotik maddə aşkar edilərək götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 269 min 310 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd tüfəng, 1 ədəd RQD-5 əl qumbarası, 2 ədəd qayıq, 1 ədəd xəncər, 35000 ABŞ dolları, 2190000  Rusiya rublu, 4769 qutu pirotexniki vasitə, 931 qutu siqaret, 131 ədəd mobil telefon, 3854 ədəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş