DSX ötən il 16 helikopter alıb

Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən 2012-ci ildə Rusiyadan 8 ədəd Mi-35M və 8 ədəd Mi-17 tipli helikopter alınaraq istismara qəbul edilib. “AzeriDefence”nin xəbərinə görə, Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi 2012-ci ilin yekunlarına dair hesabatında bu barədə qeyd olunub.

Yeni helikopterlərin istismara qəbulu sərhəd aviasiyasının imkanlarını daha da gücləndirib.

Ötən il həmçinin xüsusi bölmələr üçün yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı, özəl mühafizə vasitələri alınıb.

DSX-nin maddi-texniki təminatı gücləndirilib, eyni avtomobillər və döyüş texnikaları alınıb. Bir sıra hərbi hissələrdə video müşahidə sistemi, DSX Sahil Mühafizəsinin bir bölməsində isə radar sistemi qurulub.

KATEQORIYA:
Bu xəbəri paylaş