DSX: Qəhrəman İbrahimovun cənazəsi ailəsinə təhvil verilib

DSX: Qəhrəman İbrahimovun cənazəsi ailəsinə təhvil verilib

Xəzər dənizinin mərkəzi istiqamətində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən Neftçala rayonu sakini, 1969-cu il təvəllüdlü İbrahimov Qəhrəman Kamil oğlunun cənazəsi qəbul edilib və həmin gün ailəsinə təhvil verilib.

Bu barədə “AzeriDefence”ə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Qeyd edək ki, Qəhrəman İbrahimov aprelin 30-da Qazaxıstanın Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Xəzər dənizində 4 nəfər Azərbaycan Respublikası vətəndaşının saxlanılması zamanı silahın tətbiqi nəticəsində həyatını itirib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş