DSX qeyri-leqal miqrasiyanın qarşısını alıb
Dövlət Sərhəd Xidməti (DSX) qeyri-leqal miqrasiya məqsədləri ilə dövlət sərhədinin pozulması hallarının qarşısını alıb.
DSX mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, yanvarın 15-də saat 02:30 radələrində Yardımlı rayonunun Deman kəndi ərazisindəki zastavanın xidməti sahəsində alınan əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində dövlət sərhədindən qeyri-qanuni yolla İrana keçməyə cəhd göstərən 9 nəfər Banqladeş Xalq Respublikası və bir nəfər Hindistan vətəndaşları saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
KATEQORIYA: Müdafiə