DSX rəisi Zaqatalada vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev iyunun 20-də Zaqatalada vətəndaşları qəbul edəcək. Bu barədə “AzeriDefence”yə DSX-dən məlumat verilib.

İyun ayının 20-də, saat 11:00-da Zaqatala şəhərində yerləşən Zaqatala Sərhəd Dəstəsində keçiriləcək qəbulda Zaqatala, Qax, Şəki və Balakən rayon sakinləri iştirak edə bilərlər.

Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları iyun ayının 18-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012 498-01-55 və 012 498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Zaqatala şəhərində yerləşən Zaqatala Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş