DSX rəisinin 3 müavini istefaya buraxılıb

DSX rəisinin 3 müavini istefaya buraxılıb

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb.

“AzeriDefence”nin məlumatına görə, sərəncama əsasən DSX rəisinin müavinləri – general-leytenant Asif Mikayıl oğlu Cəbrayılov, general-leytenant Əsgər Sabir oğlu Xəlilov və general-leytenant Fərhad Sabir oğlu Tağızadə hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıblar.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş