DSX rəisi Ermənistanla sərhəddə xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb

DSX rəisi Ermənistanla sərhəddə xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev aprelin 7-dən 9-dək “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb.

Bu barədə “AzeriDefence”ə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icra vəziyyəti öyrənilib. Təmas xəttində döyüş mövqelərində xidmətdə olan sərhədçilərlə görüşülüb, xidməti və yaşayış şəraitlərinə baxış keçirilib.

“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti-döyüş fəaliyyətinin təşkili və düşmən təxribatlarının qarşısının alınması, zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması üzrə görülən tədbirlər nəzərdən keçirilib. Hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri göstərişlər verilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş