DSX rəisi cənub rayonlarının sakinlərini qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev fevral ayının 19-da saat 11:00-da Lənkəran Sərhəd Dəstəsində Astara, Lerik, Lənkəran və Yardımlı rayon sakinlərini qəbul edəcək.
Bu barədə “AzeriDefence”yə DSX-dən məlumat verilib.

Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları fevral ayının 16-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefon­larla əlaqə saxlanılması və ya Lənkəran Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş