DSX rəisi cənub rayonlarının sakinlərini qəbul edib

Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev fevral ayının 18-də Lənkəran Sərhəd Dəstəsində Astara, Lerik, Lənkəran və Yardımlı rayonlarının sakinlərini qəbul edib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Görüş zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi zamanı ortaya çıxan problemlər, sosial müavinətlərin verilməsi, tibbi yardımın göstərilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlər araşdırılıb və əksər məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələrinə konkret tapşırıqlar verilib.

Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər qeydiyyata alınıb. Onların aidiyyətyi üzrə qurumlara göndərilməsi nəzərdə tutulur.

Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını ifadə ediblər.

photo_20160218183001

photo_20160218182949

photo_20160218182937

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş