DSX rəisi Fransanın Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Fransanın Azərbaycandakı səfiri Paskal Mönyeni qəbul edib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

General-polkovnik E.Quliyev dövlət sərhədində mövcud vəziyyət, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədinin bir hissəsinin bu günədək işğal altında qalmasını qeyd edib. Dövlət Sərhəd Xidmətinin vəzifə və tapşırıqları haqqında məlumat verib.

Dövlət Sərhəd Xidmətinin rəisi fəaliyyəti dövründə P. Mönyenin Azərbaycan-Fransa arasında ikitərəfli münasibətlər, o cümlədən sərhəd təhlükəsizliyi sahəsində əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyini vurğulayıb. Birgə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş qarşılıqlı səfərləri, sərhəd nəzarəti üzrə tədbirləri xüsusi qeyd edib.

Səfir P. Mönye gələcək fəaliyyəti dövründə də mövcud əlaqələrin, o cümlədən sərhəd mühafizəsi üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Tərəflər Azərbaycan Dövlət Sərhəd Xidməti ilə Fransanın müvafiq qurumları arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə ediblər.

photo_20151006145835

photo_20151006145820

photo_20151006145806

 

KATEQORIYA:
Bu xəbəri paylaş