DSX rəisi Füzuli və Beyləqan rayonlarının sakinləri ilə görüşüb

Dövlət Sərhəd Xidmətinin rəisi Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Horadiz Sərhəd Dəstəsində Füzuli və Beyləqan rayonlarının sakinlərini qəbul edib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, sosial müavinətlərin verilməsi, mənzil və torpaq sahələrinin sənəd­ləşdirilməsi, tibbi yardımın göstərilməsi, yaşadıqları sərhədyanı yaşa­yış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qaldırılan məsələlər Dövlət Sərhəd Xidmətinin aidiyyəti struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılıb və konkret tapşırıqlar verilib. Əksər məsələlər yerindəcə həllini tapıb. Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxılmasının təşkili üçün nəzarətə götürülüb.

Qəbula gələn vətəndaşlar regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərin yerinə yetirilməsini yüksək qiymətləndirərək mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirib, yaradılan şəraitə görə president İlham Əliyevə minnətdarlıq ediblər. photo_20151015112340

photo_20151015112328

photo_20151015112316

photo_20151015112353

KATEQORIYA:
Bu xəbəri paylaş