DSX rəisi Füzuli və Beyləqan sakinlərini qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən oktyabr ayının 27-də saat 10:00-da Horadiz Sərhəd Dəstəsində Beyləqan və Füzuli rayon sakinlərinin qəbulu keçiriləcək.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları oktyabr ayının 25-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az  adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-29 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Horadiz Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş