DSX rəisi Qusarda ictimaiyyət nümayəndələri və iş adamları ilə görüşüb

Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev fevralın 9-da Qusar rayon ictimaiyyətinin nümayəndələri və yerli iş adamları ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Görüş zamanı president İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrasdakı dərin məzmunlu nitqindən irəli gələn vəzifələr, qazanılmış uğurlar və nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək prezidenti İlham Əliyevin regionların inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Qusarda bütün sahələrdə sürətli inkişafa nail olunduğunu, geniş quruculuq işləri aparıldığını, infrastruktur layihələrinin uğurla həyata keçirildiyini, çoxsaylı yeni iş yerlərinin açıldığını, əhalinin həyat tərzinin xeyli yaxşılaşdığını bildirib.

Rayonun inkişaf potensialının gerçəkləşdirilməsi, yerli əhalinin ehtiyaclarının müəyyənləşdirilməsi üzrə təşəbbüslərin, bu istiqamətdə gələcək fəaliyyətin əsas istiqamətlərinin geniş şəkildə müzakirə edildiyi tədbirdə çıxış edən general-polkovnik Elçin Quliyev keçən əsrin sonlarında Azərbaycanın ictimai-siyasi həyatında baş vermiş proseslərə qısa nəzər salıb, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərini dərin minnətdarlıq hissi ilə xatırlayıb.

Dövlət Sərhəd Xidmətinin rəisi prezident İlham Əliyevin ali diqqət və qayğısı nəticəsində Azərbaycan dövlətinin hərbi qüdrətinin durmadan artmasını, ölkəmizin müqəddəs sərhədlərinin toxunulmazlığının, sərhəd təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsini qazanılmış uğurlara zəmin yaradan əsas amillərdən olduğunu bildirib. Sabitlik və əmin-amanlıq şəraitində yaşayan xalqımız, eləcə də qusarlılar president İlham Əliyevin ətrafında sıx birləşərək müstəqilliyimizin möhkəmlənməsi, dövlətimizin qüdrətlənməsi naminə əzmlə mübarizə aparırlar.

Açıq dialoq şəraitində keçən görüşdə təklif və müraciətlər dinlənilib, sosial-iqtisadi sahədə daha böyük uğurların qazanılması üçün işgüzar fikir mübadiləsi aparılıb. Rayon ictimaiyyətinin nümayəndələri və yerli sahibkarlar iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, emal müəssisələrinin fəaliyyətinin bərpa edilməsi, əhalinin, o cümlədən gənclərin işlə təminatı sahəsində mövcud olan problemlərin aradan qaldırılması məqsədilə kadr hazırlığı müəssisələrinin yaradılmasına dair təkliflərlə çıxış ediblər. Yerli sakinlərin kənd yollarının təmir edilməsi, əlavə torpaq sahələrinin ayrılması, yaşayış məntəqələrinin elektrik enerjisi və təbii qazla fasiləsiz təminatı məsələlərinə dair müraciətləri dinlənilib.

Çıxış edən ziyalılar, iş adamları qeyri-neft sektorunun inkişafı, dünyadakı maliyyə-iqsadi böhranın vətəndaşların güzəranına mənfi təsirinin zəiflədilməsi üçün atılan addımlara, sahibkarlığın inkişafına göstərilən qayğıya, aparılan tikinti-quruculuq işlərinə, xalqımızın həyat tərzinin yaxşılaşdırılması üçün görülən məqsədyönlü tədbirlərə görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

KATEQORIYA:
Bu xəbəri paylaş