DSX rəisi vətəndaşları qəbul edib – FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev aprelin 14-də Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Göytəpə Sərhəd Dəstəsində Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayonlarının sakinlərini qəbul edib.

“AzeriDefence”nin məlumatına görə, qəbul zamanı DSX-də xidmətə qəbul, sosial müavinətlərin verilməsi, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi zamanı ortaya çıxan problemlər, mənzil və torpaq sahələrinin sənədləşdirilməsi, tibbi yardımın göstərilməsi,  yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətlər olub.

Vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyən DSX rəisi E. Quliyev əksər məsələlərin yerindəcə həll olunması üçün tabeliyindəki strukturların rəhbərlərinə göstərişlər verib.

DSX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün nəzarətə götürülüb.

????????????????????????????????????

photo_20160414150553

????????????????????????????????????

KATEQORIYA:
Bu xəbəri paylaş