DSX rəisi Xudatda vətəndaşları qəbul edəcək

İyulun 21-də saat 10:00-da Xudat Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərinin qəbulu keçiriləcək.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat veilib.

Qəbulda iştirak etmək istəyənlərdən onları maraqlandıran sualları iyulun 18-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az  adlı rəsmi saytında yerləşdirmələri xahiş olunur.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Xudat Sərhəd Dəstəsinə müraciət edilməsi lazımdır.

KATEQORIYA:
Bu xəbəri paylaş