DSX rəisi Göytəpədə vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Cəlilabad rayonunun Göytəpə şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Aprel ayının 16-dа saat 11:00-da Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Göytəpə Sərhəd Dəstəsində keçiriləcək qəbulda Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayon sakinləri iştirak edə bilərlər.

Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları aprel ayının 14-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefon­larla əlaqə saxlanılması və ya Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Göytəpə Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş