DSX rəisi MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının iclasında iştirak edib

MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının (SKQŞ) 4-5 iyun tarixlərində Soçi şəhərində keçirilmiş 71-ci iclasında Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti müşahidəçi qismində iştirak edib. Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

İclasda MDB üzv dövlətlərinin sərhədlərində vəziyyət və onun inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə əməkdaşlıq, cari il ərzində görülmüş işlər və 2015-ci ildə planlaşdırılan tədbirlər, habelə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Tədbir çərçivəsində bir sıra MDB üzv-dövlətlərinin sərhəd xidmətlərinin nümayəndə heyətləri arasında ikitərəfli formatda görüşlər keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş