DSX rəisi NATO Parlament Assambleyasının prezidenti ilə görüşüb

NATO Parlament Assambleyasının prezidenti Hyu Bayley Bakıda keçirilən “Rose-Roth” seminarında iştirakı çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev tərəfindən qəbul edilib.
Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Görüşdə Azərbaycan Dövlət Sərhəd Xidməti ilə NATO arasında əməkdaşlıq əlaqələrinin inkişafı, 2001-ci ildən etibarən NATO-nun Fərdi Tərəfdaşlıq Proqramı, Planlaşdırma və Analiz Prosesi çərçivəsində birgə və üzv ölkələrin müvafiq qurumları ilə həyata keçirilmiş ikitərəfli əməkdaşlıq fəaliyyətləri, əməkdaşlığın perspektivləri müzakirə olunub.

Müzakirələr zamanı Azərbaycanın dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi üzrə həyata keçirilən islahatların əhəmiyyəti qeyd olunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 20% ərazisinin, o cümlədən dövlət sərhədinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin kriminal məqsədlərlə istifadə edilməsinin sərhəd təhlükəsizliyinə əsas təhdid olaraq qalması vurğulanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş