DSX rəisi Türkiyə Hərbi Akademiyalarının komandanı ilə görüşüb

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyalarının Komandanı ordu generalı Abdullah Recepin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Nümayəndə heyəti Azərbaycanda həyata keçirilmiş milli sərhəd siyasəti sayəsində əldə olunmuş yüksək nailiyyətlər, Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması, ixtisaslı sərhədçi zabitlərin, hərbi elmi işçilərin hazırlanması sahəsində qazanılmış müsbət nəticələrlə tanış edilib.

Qonaqlara Azərbaycan sərhəd mühafizəsi sisteminin təşkili, Dövlət Sərhəd Xidmətinin təyinatı və tapşırıqları, əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə məlumat verilib.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə sərhəd təhlükəsizliyi sahəsində ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilmiş, təlim-tədris sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş