DSX rəisi Türkiyə Quru Qoşunları Qərargahının rəisini qəbul edib

Dövlət Sər­həd Xidmətinin rəsi – Sərhəd Qoşunlarının Komandanı general-pol­kov­nik Elçin Quliyev Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Qərargahının rəisi korpus generalı İhsan Uyarın rəh­bər­lik etdiyi nümayəndə heyətini qəbul edib.Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Geniş tərkibdə keçirilən görüş zamanı general-polkovnik Elçin Quliyev qo­naq­ları salamyaraq, cari ilin aprel ayının 24-də Türkiyədə ke­çirilmiş möhtəşəm Çanaqqala qələbəsinin 100 illiyinə həsr olunmuş təd­bir­lərlə bağlı təbrik edərək xoş arzularını bildirib.

E. Quliyev Azərbaycanın dövlət sərhədlərindəki mövcud əmə­liy­yat şərati, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki ba­zanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nai­liy­yətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azər­baycan ərazisinin 20 faizinin, eləcə də Azərbaycan-İran sər­hədinin 132 kilometrinin işğal altında olması, bu ərazilərdən qa­çaq­mal­çı­lıq və digər qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə qonaqlara mə­lumat verib.

Qonaqlar Azərbaycan sərhəd mühafizəsi sisteminin təşkili, Döv­lət Sərhəd Xidmətinin təyinatı və tapşırıqları, həyata keçirilən is­la­hat­lar və əldə olunmuş nailiyyətlərlə tanış ediliblər.

Müzakirələr zamanı ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiy­mət­lən­di­rilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apa­rılıb. Sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi, təcrübə mü­ba­di­ləsinin aparılması, birgə tədbirlərin keçirilməsi istiqamətində əmək­daş­lı­ğın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş