DSX rəisi Türkiyənin Azərbaycandakı attaşesini medalla təltif edib

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Türkiyə Silahlı Qüvvələrinin hərbi attaşesi və Hərbi Əməkdaşlıq üzrə koordinasiya qurumunun rəhbəri general-leytenant Həsən Nevzat Taşdələri səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Görüşdə Dövlət Sərhəd Xidməti ilə Türkiyə Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüş zamanı general-polkovnik Elçin Quliyev Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi işinin təşkili və inkişafı məsələlərində Dövlət Sərhəd Xidməti ilə fəal əməkdaşlığa görə general-leytenant H. N. Taşdələri “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalı ilə təltif edib və yeni xidmətində uğurlar arzulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş