DSX rəisi Türkiyənin Quru Qoşunlarının komandanını qəbul edib

Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Азярбайъанда səfərdə olan Türkiyə Quru Qoşunlarının komandanı ordu generalı Hayri Kıvrıkoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə “AzeriDefence” DSX-nin mətbuat mərkəzinə istinadən məlumat verib.

Görüş zamanı E. Quliyev tərəfindən qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin ərazisinin 20 faizinin, eləcə də Azərbaycan-İran sərhədinin 132 kilometrinin işğal altında olması, bu ərazilərdən qaçaqmalçılıq və digər qeyri-qanuni məqsədlərlə istifadə edilməsi, Azərbaycan sərhəd mühafizəsi sisteminin təşkili, Dövlət Sərhəd Xidmətinin təyinatı və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.

Görüşdə qarşılıqlı əməkdaşlığın vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib. Sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mövcud əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş