DSX rəisi Zaqatalada vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən sentyabr ayının 09-dа saat 11:00-da Zaqatala Sərhəd Dəstəsində Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqatala rayon sakinlərinin qəbulu keçiriləcək.

Bu barədə “AzeriDefence”yə DSX-dən məlumat verilib.

Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları sentyabr ayının 08-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-43 və 012-498-01-29 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Zaqatala Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş