DSX: Sərhəd-döyüş məntəqələrimiz iri çaplı silahlardan intensiv atəşə tutulub

DSX: Sərhəd-döyüş məntəqələrimiz iri çaplı silahlardan intensiv atəşə tutulub

Azərbaycanın Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

Bu barədə “AzeriDefence”ə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Aprelin 3-də saat 04:30-dan başlamaqla Qazax rayonunun Bala Cəfərli kəndi və kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələri Ermənistanın İcevan rayonunun Aygeovit kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş