DSX Sahil Mühafizəsi daha bir hərbi gəmini döyüş sıralarına daxil edəcək

Yaxın aylarda Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikilmiş daha bir ədəd “Tufan” (“Saar-62”) layihəli hərbi gəmi istifadəyə qəbul ediləcək.

“AzeriDefence”nin məlumatına görə, bu barədə jurnalistlərin DSX Sahil Mühafizəsi ilə tanışlığı zamanı bildirilib.

“Tufan” layihəli sərhəd gözətçi gəmisi 25 km mənzilə sahib SPİKE-NLOS idarə olunan raket sistemləri, 1 ədəd “Typhoon” və 2 ədəd “Mini Typhoon” idarə olunan silah sistemi, habelə raket əleyhinə sistem və sualtı müşahidə üçün müasir sonarlarla təchiz olunub. Gəmi uzaq məsafədən hava hədəflərini aşkarlaya bilən radara sahibdir. Bundan başqa, göyərtəsinə helikopterlərin eniş edə bildiyi gəmi gecə, sis, duman və pis hava şəraitində müşahidə və nəzarət imkanları təmin edən elektro-optik sistemlərlə təchiz olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş