DSX Sahil Mühafizəsinin gəmiləri raket sistemləri ilə təchiz olunub

DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində 2014-cü ildən bu gündədk 6 ədəd üçüncü dərəcəli və 1 ədəd ikinci dərəcəli sərhəd gözətçi gəmisi inşa edilərək döyüş sıralarına daxil edilib

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə DSX Sahil Mühafizəsinin rəisi, general-mayor Əfqan Nağıyev məlumat verib.

Ə. Nağıyevin sözlərinə görə, sərhəd gözətçi gəmiləri mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, raketlər və raket silahlarına qarşı komplekslər, gecə-gündüz görmə müşahidə sistemləri, hidroaküstik qurğularla təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələri yerinə yetirə bilən və iti sürətli qayıqla təchiz olunan, dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkün olan ikinci dərəcəli gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı geniş istifadə olunur.

“Bu gün DSX Sahil Mühafizəsi hazırda Xəzər dənizində hər cür hava şəraitində dövlət sərhədinin mühafizəsini təmin etmək imkanlarına malikdir”, – deyə Ə. Nağıyev vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş